Dünya

Türkiyə parlamentində deputatlar əlbəyaxa oldular

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında insident yaşanıb. “CNN TÜRK” xəbər verir ki, deputatlar əlbəyaxa olublar. Belə ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı Ədalət və İnkişaf Partiyasından (AKP) olan həmkarlarının xoşuna gəlməyib. AKP-li deputatların etirazından sonra iclasa fasilə verilib. Fasilə zamanı isə AKP və CHP-dən olan deputatlar əlbəyaxa olublar. Ankara Prokurorluğu […]

Siyasət

Polad Bülbüloğlu Rusiyanın Baş prokuroruna məktub ünvanlayıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiya Baş prokuroruna müraciət edib. Trend bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, “Tsarqrad TV” informasiya-analitik telekanalının saytında bu ilin fevralın 26-da nəşr olunan, Vladimir Xomyakovun müəllifi olduğu “Ruslar, getməyin, bizə qullar və […]

Cəmiyyət

Gələcək Ana Vətənçi dünyaya göz açdı

XəbərAl.az saytı xəbər verirki, Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılovanın ikinci dəfə oğul övladı dünyaya gəlib.Tünzalə İsmayılova uzun illərdir Ana Vətən partiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır və partiyanın daxili, xarici görüşlərinin, tədbirlərinin mediya sahəsində ictimayiləşməsində böyük rolu var və kollektiv arasında yüksək hörmətə malikdir. Xatırladaq ki, Ana Vətən Partiyasının sədri Milli Məclisin […]

Cəmiyyət

Bakıda körpələr evi və uşaq bağçasında uşaqlar antisanitar şəraitdə saxlanılır? – Rəsmilər AÇIQLADI – FOTO

Xətai rayonunda fəaliyyət göstərən 232 saylı Körpələr evi və Uşaq bağçasının acınacaqlı vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb. Bu vəziyyəti əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşım edən şəxs iddia edir ki, fotolar paytaxtın Xətai rayonu 232 saylı Körpələr evi və Uşaq bağçasında çəkilib. Vətəndaşın sözlərinə görə, uşaqlar antisanitar şəraitdə saxlanılır. İddialar arasında valideynlərdən uşaqların bağçaya qəbulu üçün […]

MARAQLI

Təyyarədə təşviş: Stüardessalar sərnişinin sərxoşluğunu koronovirusla səhv saldılar – FOTO/VİDEO

Sinqapurdan Londona uçan təyyarənin stüardessaları sərnişinin sərxoşluğunu koronovirusla səhv salaraq göyərtədə təşviş yaranmasına səbəb olublar. Bu barədə “Daily Mail” xəbər yayıb. Məlumata görə, uçuşdan bir gün əvvəl 26 yaşlı britaniyalı tələbə Culiya Valentin rəfiqəsi Dino ilə səhərə qədər əylənərək içki qəbul ediblər. Uçuş vaxtı qız özünü pis hiss edib və stüardessadan “Paracetamol” (qızdırma dərmanı) istəyib. […]

Dünya

Biznesmenləri qaçırıb zorladılar, sonra şantaj elədilər – VİDEO

Rusiyada biznesmenləri oğurlayıb zorlayan, sonra isə kompromat video ilə şantaj edərək pul tələb edən cinayətkar dəstə saxlanılıb. Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib. Hazırda cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa göndərilib, bundan sonra materiallar mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim ediləcək. İstintaqın versiyasına görə, cinayətkar qrupa 28 […]

Dünya

Ata gecə həyatı yaşayan qızını öldürdü – FOTO

Avstraliyada ata mübahisə zamanı qızını bıçaqlayaraq öldürüb. Sondakika.com-un xəbərinə görə, Adelaida şəhərində 49 yaşlı Petrit Lekaj 20 yaşlı qızı Sabrina Lekajla gecə həyatı ilə bağlı mübahisə edib. P. Lekaj mətbəx bıçağı götürərək qızını avtomobili ilə aparıb. Yolda onların mübahisəsi davaya çevrilib və Lekaj 8 bıçaq zərbəsi ilə qızını öldürüb. Məhkəmədə o bildirib ki, məqsədi qızını narkotikdən uzaqlaşdırmaq və […]

Cəmiyyət

Neftçalanın xüsusi əməliyyatla tutulan icra başçısının birinci müavini işdən çıxarıldı

Neftçala İcra Hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov vəzifəsindən azad edilib. Birinci müavin V.Əkbərovun adı Neftçala İcra Hakimiyyətinin saytında aparatın struktur bölməsindən çıxarılıb. Qeyd edək ki, fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə […]

Kriminal

İşdən azad edilən baş həkim Səhiyyə Nazirliyini məhkəməyə verdi

Füzuli Rayon Diaqnostika Mərkəzinin keçmiş baş həkimi Cümşüd Məmmədov Səhiyyə Nazirliyini məhkəməyə verib. C.Məmmədov işdən azad olunması barədə əmrin ləğv edilməsini və işə bərpa olunmasını istəyib. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib. Bundan sonra C.Məmmədov Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. İşə hakim Vahid Sadıqovun sədrliyi ilə martın 16-da baxılacaq.