Mədəniyyət

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bu gün başa çatır

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bu gün başa çatır. Oxu.Az xəbər verir ki, festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib. Bu gün Cıdır düzü – Böyük səhnə təşkil olunacaq, Azərbaycan regionlarından folklor kollektivlərinin konserti keçiriləcək. Daha sonra “Qorqud” […]

Mədəniyyət

Əsası Azərbaycanda qoyulan Gürcüstan kinosu: İlk gürcü rejissorun Bakıda çəkdiyi 14 film tapılmır – FOTO/VİDEO

Gürcüstan kinosunun yaranma tarixi 1908-ci il mayın 15-dən başlayır. Bu il 114 illiyini qeyd edən Gürcüstan kinematoqrafiyasının banisi Vasil Amaşukeli, yaranma məkanı isə Bakı şəhəridir. “Report”un yerli bürosu “Bakı doğumlu” Gürcüstan kinosunun yaranma tarixi və gürcü kinorejissorun Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırma aparıb. Bakıya dəvət, şəhərin ən yaxşı kinomexaniki V.Amaşukeli 1886-cı ildə Kutaisi şəhərində anadan […]

Mədəniyyət

Əməkdar artist: “Çoxu bar-bar bağırır ki, mənə fəxri ad verin” – MÜSAHİBƏ + FOTO

Elnur Kərimov: “Mənim teatrımın tarixində belə bir yol var: Əvvəlcə uşaq nağılları tərcümə olunub tamaşaya qoyuldu. Sonra A.Şaiqin ətrafında olan dramaturqlar nağıllar yazdılar. Amma əvvəlki tamaşaların bir çoxu indiki dövrün uşaqlarına maraqlı deyil. Yeniləri lazımdır”.  “Kaspi qəzeti”nin müsahibi Əməkdar artist Elnur Kərimovdur.  Müsahib deyir ki, COVID 19-dan sonra teatrda böyük bir durğunluq var: “Gənclər gəldi, […]

Mədəniyyət

Özbəkistanın Əməkdar artisti: “Biz Şuşada dağıdılmış gözəllik gördük” – FOTO

Bu gün V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının ikinci günüdür. APA xəbər verir ki, festivalın ikinci günündə də həm milli, həm də bir sıra xarici ölkənin sənətçiləri, musiqiçiləri və rəqs qrupları çıxış ediblər. Özbəkistanın Dövlət Xalq Rəqs Ansamblının bədii rəhbəri, Özbəkistanın Əməkdar artisti Ziyada Madriximova Şuşada dağıdılmış gözəllik gördüklərini deyib: “Biz illər əvvəl də Azərbaycana gəlmişdik, amma o […]

Mədəniyyət

Polad Bülbüloğlu: “Andımıza sadiq qaldıq”

“And içmişdim ki, Şuşa azad olunmayana qədər bu festival bir də keçirilə bilməz”. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O bildirib ki, festival Şuşanın işğalından sonra təxirə salınmışdı: “Andımıza sadiq qaldıq. Mən çox şadam ki, Şuşanın işğaldan azad olunmasından dərhal sonra cənab Prezident festivalın bərpası haqqında sərəncam verdi. Qarabağda, […]

Mədəniyyət

Bu gün dahi bəstəkar Qara Qarayevin anım günüdür

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anım günüdür. Pedaqoq, SSRİ Xalq artisti Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə Bakıda məşhur pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində doğulub. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur ailələrindən birinin nümayəndəsi olub. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul […]

Mədəniyyət

“Şuşa” adından istifadəyə məhdudiyyətlər – DETALLAR

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna digər normativ hüquqi aktlarla  müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə […]

Mədəniyyət

Şuşada “Xarıbülbül” festivalının ikinci günü: Nələr olacaq?

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir. Oxu.Az-ın məlumatına  görə, bu gün kiçik səhnə və Cıdır düzündə üç konsert təşkil olunacaq. Saat 11:00-da kiçik səhnədə Etibar Əsədlinin qrupu (Azərbaycan-Fransa), eləcə də Bolqarıstanın “Trigaida” qrupu çıxış edəcəklər. 14:30-da isə Cıdır düzündəki böyük səhnədə Əməkdar artist xanəndə Qoçaq Əsgərov və tarzən Arslan […]

Mədəniyyət

“Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə bağlı bilinməyən fakt: Bir dəfə Qaxda keçirilib – FOTO

“Xarıbülbül” Beynəlxalq Folklor Festivalının bir dəfə Qaxda keçirildiyi məlum olub. Oxu.Az-ın məlumatına görə, Sovet dövründə Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilirdi, amma 1990-cı ildən sonra Şuşada vəziyyət gərgin olduğu üçün festival bir dəfə Qaxda keçirilib. Həm təbiətinin oxşarlığı, həm də xarı bülbül çiçəyinin Qax ərazisindəki dağlarda da bitdiyi üçün həmin dövrdə festivalın Qaxda keçirilməsinə zəmin yaranıb. Qax […]