Mədəniyyət

Bu gün dahi bəstəkar Qara Qarayevin anım günüdür

Sharing is caring!

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anım günüdür.

Pedaqoq, SSRİ Xalq artisti Qara Əbülfəz oğlu Qarayev 1918-ci ildə Bakıda məşhur pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində doğulub.

Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur ailələrindən birinin nümayəndəsi olub.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib, Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərinin, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olub.

1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləyib. 1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayıb, elə həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb.

SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilib və “Əməkdə igidliyinə görə” medalı ilə mükafatlandırılıb, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı olub.
Q.Qarayevin 1953-cü ildə Leninqrad Dövlət Kiçik (“Malıv) opera Teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulub. 1967-ci ildə “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə təltif edilib.

1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir sıra yüksək dərəcəli SSRİ orden və medallarına layiq görülüb.

Qara Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişib və Bakıda dəfn olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir