Mədəniyyət

İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb

İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Avroviziya-2022” mahnı müsabiqəsinin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində təəssüflə qarşılanıb. Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı münsiflərin səs verdikləri ölkələrin adlarını göndərmişdik. Həmin siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarış təşkilatçıları buna cavab olaraq, […]

Mədəniyyət

Soydaşımızın “Central Asia’s Got Talent” şousunun finalında iştirakı tamaşaçıların səsverməsindən asılıdır

Norveçdə yaşayan azərbaycanlı musiqiçi Şəbnəm Hüseyn Qazaxıstanın Almatı şəhərində keçirilən “Central Asia’s Got Talent” (“Mərkəzi Asiya istedadları axtarır”) şousunun yarımfinal mərhələsində uğurla çıxış edib. Təmsilçimizin bu mərhələdə iştirakını Diasporla İş üzrə Dövlət Komitəsi, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi, Norveç Musiqiçilər Birliyi, Polşadakı “Xarıbülbül” və digər diaspor təşkilatları dəstəkləyib.   Bakı şəhərində “Xəzər” TV-də […]

Mədəniyyət

Əsərləri dünya şəhərlərini bəzəyən azərbaycanlı heykəltaraş – FOTO

Bu günlərdə Azərbaycan Respublikasının Xalq rəssamı, şöhrət ordenli, görkəmli tişə ustası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Natiq Əliyev Ümumdünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib. Bir ölkə üçün milli-mütərəqqi, ümumbəşəri mənəvi dəyərləri qoruyub saxlayan, onları hifz edən başlıca amillərdən biri, bəlkə də birincisi onun mədəniyyəti və incəsənəti ilə bağlı inkişafıdır. Natiq Əliyev ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan plastika sənətinin […]

Mədəniyyət

Bakıda Yaponiya mədəniyyəti festivalı keçirilib – FOTO

Bakıda Yaponiya mədəniyyəti festivalı keçirilib. “Report” xəbər verir ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində təşkil olunub. Festivalı Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada açıb. Festivalın çoxsaylı qonaqları yapon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış olublar, həmçinin ikebanaların necə […]

Mədəniyyət

Dünya şöhrətli yazıçı: “Azərbaycanın haqqını yedilər” – FOTO

Məşhur ingilis yazıçısı Coan Roulinq öz “Twitter” səhifəsində “Avroviziya 2022” mahnı müsabiqəsinin nəticələrinə həsr olunmuş paylaşım edib. Onun fikrincə, Azərbaycan müsabiqədə daha yüksək yer tutmağa layiq olub, amma haqqı yeyilib. Xatırladaq ki, “Kaluş Orkestri”nin ifasında “Stefaniya” mahnısı ilə qalib Ukrayna olub. “Fade To Black” kompozisiyası ilə çıxış edən Azərbaycan təmsilçisi Nadir Rüstəmli isə 16-cı yeri […]

Mədəniyyət

Azərbaycan “Avroviziya”da 12 xalı Böyük Britaniyaya deyil, Ukraynaya veribmiş – AÇIQLAMA + VİDEO

“Biz 12 xalı münsif heyəti olaraq, Ukraynaya vermişdik. Lakin texniki səbəbdən müsabiqənin gedişatında canlıya qoşula bilmədik və bizim 12 səs Ukraynaya verilmədi”. Bunu “Avroviziya 2022” mahnı müsabiqəsində Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova İctimai TV-nin canlı yayımında deyib. Salmanova vurğulayıb ki, canlı bağlantıya qoşulmamağın səbəbi də onların tərəfindən deyil, təşkilatçıların ucbatından olub. […]

Mədəniyyət

“Avroviziya-2022”: Azərbaycan təmsilçisi 16-cı oldu – YENİLƏNİB + VİDEO

İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən mahnı 106 səs toplayıb. Oxu.Az xəbər verir ki, ölkəmizi “Fade To Black” mahnısı ilə təmsil edən Nadir Rüstəmli müsabiqədə 16-cı yerdə qərar tutub. 00:35 İtaliyanın Turin şəhərində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi mahnısını səsləndirib. Oxu.Az xəbər veir ki, 25 ölkənin qatıldığı müsabiqənin finalında Azərbaycanı təmsil edən Nadir […]

Mədəniyyət

Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb – FOTO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb. “Report” xəbər verir ki, festivalın üçüncü – sonuncu günündə səhnədə pop-folk janrında bir neçə mahnı ifa edən tanınmış misirli müğənni, bəstəkar və multiinstrumentalçı Həmzə Namirə, Masallıdan olan “Halay” folklor qrupu, Balakəndən olan “Nənələr” folklor qrupu, Ahıska türklərindən (Saatlı) ibarət “Adıgün” qrupu, aşıq Elman […]

Mədəniyyət

Oleq Səfərəliyev: “Şuşaya səfərin yaratdığı hissləri sözlə ifadə etmək mümkün deyil”

“Şuşa şəhərində keçirilən Beynəlxalq “Xarıbülbül” festivalı yaxşı təşkil olunub”. Bu barədə “Report”a festivalın qonağı, Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində fəaliyyət göstərən Kino Məktəbinin direktoru, rejissor Oleq Səfərəliyev bildirib. “İlk dəfədir Şuşadayam və məni bürüyən hissləri və emosiyaları ifadə etməyə söz tapa bilmirəm. Bir tərəfdən bu şəhərin tarixiliyini hiss edirəm, digər tərəfdən də bu şəhərin bərpası və […]

Mədəniyyət

Yazarlara dəstək layihəsinə start verildi – FOTO

Mayın 13-də İçərişəhər “Art Tower Gallery”də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi kitab təqdimatı və imza günlərinin keçirilməsinə dəstək layihəsini təqdim edib. Layihənin əsas məqsədi ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması, istedadlı insanlara dəstək olmaq, onların geniş oxucu auditoriyasına tanıdılması üçün yeni imkanların yaradılmasıdır. Təqdimat mərasimində Bakı Şəhər Mədəniyyət Baş […]