Mədəniyyət

Tarix qoxan muzeylərimiz: Azərbaycandan Afrikaya qədər uzanan mədəniyyət – FOTOREPORTAJ

Bu gün 18 May – Beynəlxalq Muzeylər Günüdür. Paytaxtda fəaliyyət göstərən 20-yə yaxın muzeydə bu münasibətlə açıq qapı günü keçirilir. Oxu.Az xəbər verir ki, “Muzeylərin gücü” devizi altında keçirilən açıq qapı günündə giriş ödənişsiz olub. Muzeylərə axın edənlərin əksəriyyəti məktəblilər və tələbələr olsa da, yaşlı nəslin nümayəndələri, eləcə də ölkəmizdə olan turistlər də gözə dəyirdi. İlk […]

Mədəniyyət

Cavanşir Quliyev: “Zəfər Qurultayında yeni “yol xəritəsi” əldə etdik” – FOTO

“Dünya Azərbaycanlılarının V Qurultayı çox önəmli vaxta təsadüf etdi”. Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın Əməkdar incəsənət xadimi, Şimali Kiprdəki Yaxın Şərq Universitetinin Səhnə sənətləri fakültəsinin professoru, bəstəkar Cavanşir Quliyev deyib. Onun sözlərinə görə, müharibə bitdikdən və torpaqlarımız azad edildikdən sonra diasporun fəaliyyət istiqaməti dəyişməli idi: “Hansı yönə doğru dəyişmək məsələsi isə qurultayda müzakirə olundu. […]

Mədəniyyət

Geyim, ayaqqabı, aksesuar, favorit rənglər: Bu yayın dəbi nədir? – FOTO

Azərbaycanda həm xanımların, həm də bəylərin hər zaman dəblə ayaqlaşmağa çalışmaları bəlli faktdır. Əslində, əksəriyyət öz zövqünə və cibinə uyğun geyim seçir, necə deyərlər, heç kim öz qatığına turş deməz. Lakin bu dəfə kimin qatığının turş, kimin qatığının şirin olduğuna bu işin peşəkarı qərar verəcək.  Oxu.Az-ın müsahibi modelyer Şəlalə Maqsudova dəbin sirlərini, mövsümün yeniliklərini açıb.  – Yay […]

Mədəniyyət

“Doktor Strenc” filminin aktrisasına 13 yaşlı qıza təcavüzə görə hökm oxundu – FOTO

Britaniyalı aktrisa və kaskadyor Zara Pitian həbsə məhkum edilib. “Haber Global”ın məlumatına görə, hökm Nottinqem Kral Məhkəməsi tərəfindən oxunub. Qeyd edək ki, Zara Pitian “Doktor Strenc” filmində “Zealotlar” ordeninin davamçılarından birini – baş qəhrəmanın əleyhdarlarını canlandırdıqdan sonra məşhurlaşmışdı. Aktyorluq karyerasından əvvəl qadın və əri Viktor Market döyüş sənətindən dərs deyib. Məhkəmənin iddiasına görə cinayət bu […]

Mədəniyyət

Azərbaycan Türkdilli Teatrların Beynəlxalq Festivalında iştirak edəcək

Mayın 20-də Türkiyənin Konya vilayətində “Min nəfəs bir səs” adlı 14-cü Beynəlxalq Türkdilli Teatrlar Festivalı start götürəcək. Konya Dövlət Teatrının direktoru Yaşar Özboz bildirib ki, bu il festivalda Azərbaycan da daxil olmaqla 6 ölkədən teatr kollektivləri iştirak edəcək. Onun sözlərinə görə, festivalın proqramına səkkiz rəngarəng tamaşa daxil edilib. 125 sənətçinin qatılacağı tədbirlər çərçivəsində Konya Dövlət […]

Mədəniyyət

“Haber Global” “Avroviziya”nın Azərbaycana qarşı qalmaqallı hərəkətlərinə dair süjet hazırlayıb – VİDEO

Türkiyənin “Haber Global” telekanalı “Avroviziya”da Azərbaycana qarşı anlaşılmaz davranışa dair süjet hazırlayıb. Süjetdə “Avroviziya” mahnı müsabiqəsində səsvermənin nəticələri ilə bağlı iddialar gündəmə gəlib. Bildirilib ki, Azərbaycanın İTV kanalı bu qalmaqallı hadisəyə etiraz edib və açıqlama yayaraq müsabiqənin təşkilatçılarının texniki problemə işarə edərək Bakı ilə bağlantı qurmadığını və Azərbaycan münsiflər heyəti adından digər nəticələri açıqladığını ictimaiyyətə […]

Mədəniyyət

Azərbaycanın “Avroviziya”nın münsif heyətindən uzaqlaşdırılmasına aydınlıq gətirilib

“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov Avropa Yayım Birliyinin (AYB) Azərbaycan münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinə münasibət bildirib. APA xəbər verir ki, İsa Məlikov AYB-nin Azərbaycan və digər 5 ölkənin münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinin rəsmi olmadığını deyib: “İstinad olunan saytlar AYB və ona yaxın saytlardır. Bu barədə AYB ümumi açıqlama verməyib, yəni kənarlaşdırılan […]

Mədəniyyət

İsa Məlikov: “Avroviziya”da israrla bizdən 12 balı Britaniyaya vermək tələb olundu”

“Biz Ukraynaya 12 bal vermək istədiyimiz halda, israrla həmin səsi Britaniyaya vermək tələb olundu”. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov deyib. Onun sözlərinə görə, bu barədə final gecəsi dərhal təşkilati quruma məktub ünvanlanıb. Məktubda Azərbaycan münsiflər heyətinin verdiyi səsin nəzərə alınmaması barədə açıqlama tələb olunub: “Biz final […]

Mədəniyyət

Qarabağ atları britaniyalıların qəlbini fəth edir – FOTO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanı növbəti dəfə süvarilər dəstəsi və rəqs ansamblı təmsil edib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a verilən məlumata görə, onların milli geyimlərdə çıxışları xüsusilə fərqlənib. Cari ildə kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümünə həsr olunmuş bu tədbir üçün nümayəndə […]