Araşdırma

Naxçıvan Səhiyyəsini uçuruma aparan Tender maxinasiyası və silinən 4 milyon manat

Sharing is caring!

Azərbaycanda büdcə xərclərinin optimallaşdırılması, dövlət satılalmalarında şəffaflığın təmin edilməsi gündəmdədir. Prezident də son çıxışlarında dövlət qurumlarının xərclərinə nəzarətin gücləndirilməli olduğunu xüsusilə qeyd edir. Dövlət satınalmalarında mövcud vəziyyət büdcə xərclərini artırmaqla yanaşı, həm də biznesin, sahibkarlığın, rəqabət mühitinin inkişafına mane olur.
Azərbaycanda dövlətdən maliyyələşən təşkilatların sifarişçi olduqları dövlət satınalmalarında korrupsiya hallarının olması barədə ölkə mediasında faktlara əsaslanmış xəbərlər dəfələrlə yazılıb.

Dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmalarda əsasən qiymətlərin şişirdilməsi, “otkad” əməliyyatları və qalib olan təşkilatlarla əvvəldən razılaşdırılma hallarının olmasına daha çox rast gəlinir.

XəbərAl.az xəbər verir ki, korrupsiyanın vacib ünsürlərindən biri tenderlərdir. Müşahidələr göstərir ki, ölkədəki bir çox məmurlar iri pulların sərf olunacağı layihələr üzərində nəzarəti əldə saxlamaq və həmin pulların qeyri-şəffaf xərclənərək müəyyən bir hissəsini mənimsəmək üçün tenderlərə gizli barmaq edir, onu formal müsabiqəyə çevirir və sonda istəyinə nail olurlar.

İndi söz açacağımız tender maxinasiyası Naxçıvan səhiyyəsindədir.

Belə ki, “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsin direktoru Rifat Məmmədov Tender layihəsinin qalibi “JBA Group” şirkəti ilə əlbir olaraq yeyintilərə əl atır. “JBA Group” ilə qabaqcadan sövdələşmə ilə razılaşdırılıb təxminən 4 milyon manat civarında pullar mənimsənilir.

Əvvəlcədən sôvdələşmə, dövlətin havaya sovrulan pulları, tenderin təxminən 20% pulu yuxarıda adın çəkdiyimiz Rifat Məmmədovun və Naxçıvan səhiyyəsinin başında dayanan digər şəxslərlə bölünür.

Məmurun ən rahat varlanma yolu Tender layihələrindən gələn faizlərdi.

Nəzərnizə çatdıraq ki, “JBA Group” şikəti Naxçıvan səhiyyəsinin Tibbi avadanlıq və kompüterlə təmin edir.

Naxçıvan Səhiyyəsində özbaşınalıq bununla bitmir.

Saytların yazdığına görə, 2024-cü ilin aprel ayında Naxçıvan MR-nın səhiyyə naziri Samiq Sadıxov tərəfindən işə qəbul edilmiş Kəngərli rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Vüsal Həsənov sınaq müddəti bitməmiş 84.000 manat məbləği mənimsədi

Qeyd olunur ki, mənimsəmə faktı Hesablama Palatasının sözügedən qurumda apardığı təftiş zamanı ortaya çıxıb.

Bütün bu olanlara baxsaq yaxın gələcək də Naxçıvan səhiyyəsi məhv olacaq.

Cox güman yaxın günlərdə aidiyyatı qurumlar Naxçıvan səhiyyəsi ilə yaxından maraqlanacaqlar.

XəbərAl.az qarşı tərəfin mövqe haqqını tanıyır.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir