Slovakiyanın yeni vitse-spikeri Lyubaş Blahanın qəribə davranışı müzakirələrə səbəb olub. Belə ki, o, öz kabinetindən Avropa İttifaqının bayrağını çıxarıb. Siyasətçi həmçinin ölkə prezidentinin portreti əvəzinə otağında Çe Gevaranın portretini asıb. Qeyd edək ki, Blaha Ukraynaya bir güllə də verməyəcəyinə söz verən baş nazir Robert Fikonun partiyasının üzvüdür. Mənbə: lenta.ru Xeberal.az
“Bayer 04” Avropanın ən güclü komandalarından biridir. Daha çox güc sərf etməliyik”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Bakıda Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. Müdafiəçi sabahkı matçda baxımlı futbol üçün əllərindən gələni edəcəklərini bildirib. Təcrübəli oyunçu Portuqaliya təmsilçisi “Braqa” ilə […]
Prezident İlham Əliyev “Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin […]