Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib. Bu barədə XəbərAl.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində Müdafiə naziri həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycan ilə Çin arasında […]
Amerikalı boksçu Niko Uolş həmyerlisi Alexandro İbarranı məğlub edib. Əfsanəvi boksçu Məhəmməd Əlinin 21 yaşlı nəvəsi qarşıdurmanın ilk raundunda rəqibini nokaut edib. Qələbə amerikalı üçün karyerasında ardıcıl beşinci olub. İbarraya qarşı mübarizə Uolş üçün 2022-ci ildə ikinci olub. Yanvar ayında o, Ceremiya Yegeri nokaut etmişdi. Mübarizə ikinci raundda başa çatmışdı. Mənbə: Dailymail Xeberal.az
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya oyununda daha bir insident yaşanıb. Belə ki, tribunalara toplaşmış azarkeşlər arasında dava düşüb. Erməni fanatlar əsl “qonaqpərvərlik” göstərərək, xorvat azarkeşlərə hücum ediblər. Erməni mətbuatının məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. O, arenadan çıxarılaraq xəstəxanaya aparılıb. Xeberal.az