Demək olar ki, hər 10 Fransa sakinindən 9-u hesab edir ki, məsul vəzifələrdə olan insanlar korrupsionerdirlər. Yerli “Franceinfo” telekanalı “Harris Interactive” şirkətinin Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Günü münasibətilə apardığı sosioloji araşdırmanın nəticələrinə istinadən bu qənaətə gəlib. Materialda deyilir ki, fransızların 87%-i məsul vəzifələrdə olan insanların “korrupsioner” olduğuna inanır. Sorğunun nəticələrinə görə, respondentlərin dörddə üçü hesab […]
Almaniyanın keçmiş kansleri Angela Merkel YUNESKO tərəfindən təsis edilmiş Kot-d’İvuarın ilk prezidenti Feliks Ufue-Buanyi adına Sülh Mükafatına layiq görülüb. Məlumata görə, mükafatlandırma mərasimi Afrika dövlətinin paytaxtı Yamusukroda baş tutub. Bildirilir ki, Merkel bu mükafatı 2015-ci ilin miqrasiya böhranı zamanı Avropa İttifaqında qaçqınları qəbul etmək səylərinə görə alıb. Mükafatlandırma mərasimində çıxış edən siyasətçi Feliks Ufue-Buanyidən sitat […]
Rusiyanın şərq regionunda Ayın tam tutulması müşahidə edilib. Yerli sakinlər bu nadir hadisəni telefonlarına çəkərək sosial şəbəkələrdə yayıblar. Görüntülərdə Ayın tamamilə tünd qırmızı rəngə büründüyü aydın müşahidə olunur. Mənbə: RTVI Xeberal.az