Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Veys Abdullayev idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə […]
İsrail polisi hücuma və ya böhrana tez reaksiya verilməsi üçün mülki şəxslərdən ibarət könüllüləri silahlandırmağa başlayacaq. İsrail Polisinin baş müfəttişi Kobi Şabtay və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrailin bütün şəhərlərində polisin himayəsi altında fəaliyyət göstərəcək çevik reaksiya bölmələri yaratmaq qərarına gəliblər. “13,2 min könüllüdən ibarət 347 yeni bölmə yaradılacaq ki, onlar tüfəng və qoruyucu […]
Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev cümə axşamı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüş keçiriblər. Görüş zamanı dövlət başçıları tərəindən iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Ümumilikdə, danışıqlar zamanı liderlər ticarət-iqtisadi əməkdaşlığa xüsusi önəm verilməklə, geniş spektrli məsələləri müzakirə ediblər. Mənbə: TASS Xeberal.az