“Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək”. Bu, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin AZƏRTAC-da dərc olunmuş məqaləsində əksini tapıb. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir: “Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik […]
Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Enzo Fernandes İngiltərənin “Çelsi” klubuna keçir. Jurnalist Canluka Di Marzionun sözlərinə görə, London klubu argentinalı üçün 127 milyon avro ödəyəcək. 21 yaşlı futbolçunun transfer məbləği hər birində 40 milyon avro olmaqla üç dəfəyə ödənəcək. Müqavilənin tamamlanması üçün son detallar qalıb. Transfer baş tutsa, bu, tarixin ən bahalı 10 keçidindən biri olacaq. Tarixdə cəmi beş […]
Azərbaycanda hava gəmisinə Ermənistan işğalından azad olunmuş Şuşa şəhərinin adı verilib. XəbərAl.az xəbər verir ki, bu haqda AZAL aviaşirkəti məlumat yayıb. “Şuşanın adını daşıyan “Boeing 787 Dreamliner” təyyarəmiz ilə xüsusi qürur duyuruq”, – deyə məlumatda bildirilir. XəbərAl.az