İki günlük sərhəd müharibəsində Azərbaycan ordusu Ermənistanın hava hücumundan müdafiə sistemini zərərsizləşdirmək üçün bir qədər fərqli taktikalardan istifadə edib. Bu barədə İsrailin “İsrael Defense” məlumat yayıb. Nəşr Ermənistanla həmsərhəd rayonlarda (Basarkeçər rayonunda) hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videomaterialları təhlil edərək belə qənaətə gəlib. İsrail nəşri yazır ki, Azərbaycan […]
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan itkisi ilə bağlı başsağlığına görə təşəkkür edib. Oxu.Az xəbər verir ki, Əminə Ərdoğan bu barədə “Twitter” hesabında yazıb. “Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz […]
Rejissor Todd Fillips “Instagram”da “Joker: Madness for Two” filminin çəkilişlərinin başlanması ilə bağlı paylaşım edib. O, müvafiq şəkli sosial şəbəkə səhifəsində yerləşdirib. Şəkildə Feniksin qəhrəmanı Artur Flek görünür. O, ruhi xəstəxananın əməkdaşı tərəfindən təraş olunur. Filmdə Harli Qvinin obrazını Ledi Qaqa oynayacaq. Ekran əsəri 4 oktyabr 2024-cü ildə prokata çıxacaq. Mənbə: kanobu.ru Xeberal.az