Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb. DİN Mətbuat xidmətindən verilən məlumata görə, Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib. İstintaq tədbirləri ilə hadisə yerinə baxış keçirilib, xəsarət […]
Əlverişsiz hava şəraiti ABŞ-nin Marşal adalarındakı hərbi bazasını selə qərq edib. Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb. Görüntülərdə axar suyun binanın qapılarını qırdığı, insanları sürüklədiyi, ordunun yeməkxanasını isə hovuza çevirdiyi görünür. Məlumata görə, fırtına nəticəsində bir nəfər xəsarət alıb. Mənbə: Vesti.ru Xeberal.az
Bəzi iddialara görə, cinayətlərin xəyanət üstündə baş verdiyini deməklə, cinayətkarlar cəzalarının azalmasına nail olmaq istəyirlər, əslində isə… Son dövrlər ailə-məişət zəminində baş verən cinayətlərin sayı artıb. Ölkədə ər və arvad qatili, gəlin və kürəkənin öz yaxın adamları tərəfindən qanının tökülməsi ilə bağlı baş vermiş cinayətlər haqlı narahatlıq doğurur. Cinayətlərin də əksəriyyətinin namus üstündə baş verdiyi […]