3 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların […]
Komanda.az saytının keçirdiyi sorğuda ilin məşqçisi seçilən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. “Report” xəbər verir ki, Qurban Qurbanov “Qarabağ”ı asanlıqla tərk etməyəcəyini bildirib. – Öncə ilin məşqçisi seçilməyinizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı… – Çox xoş oldu. Jurnalistlərə verdikləri dəyərə görə təşəkkürümü bildirirəm. Tədbir ildən-ilə daha maraqlı və geniş tərkibdə keçir. – […]
Prezident İlham Əliyev Həsən Əziz oğlu Həsənovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.