Balli Majets adlı Polşa vətəndaşı Qazaxıstan prezidentliyinə namizədliyini irəli sürməyə çalışıb. Bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, bu, Majetsin respublikada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyəti ilə bağlı ilk bəyanatı deyil. Lakin Konstitusiyaya görə, yalnız anadangəlmə Qazaxıstan vətəndaşları prezident ola bilər. Bundan əlavə, namizədin ən azı 40 yaşı, mükəmməl dil biliyi və […]
Xəbər verdiyimiz kimi, bu gün Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci – sonuncu günü keçirilib. “XəbərAl.az”ın məlumatına görə, festivalda ulu öndər Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx nümayiş olunub. Prezident İlham Əliyev ümummili liderin çıxışını dinləyərkən kövrəlib. Ölkə başçısı Heydər Əliyevin nitqini ayaqüstə alqışlayıb. XəbərAl.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verib. Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 […]