“Rusiya Xarkov hadisələrindən sonra başa düşür ki, bu müharibəni uduza bilər – söhbət bu ölkənin siyasi elitasından gedir. Bundan başqa, müharibənin gedişatını izləyən dünya ölkələri anlayır ki, Rusiyanın güclü ordusu və səmərəli istehsalı olan genişmiqyaslı hərbi-sənaye kompleksi yoxdur”. Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibəsi zamanı deyib. Müsahibəni təqdim edirik: […]
ABŞ-nin “SpaceX” şirkətinin keçmiş işçiləri onun rəhbərliyini gender ayrı-seçkiliyində və işçilərin qanunsuz olaraq işdən çıxarılmasında ittiham ediblər. Bu barədə Kaliforniya Mülki Hüquqlar Departamentinə göndərilmiş keçmiş işçilərin rəsmi şikayətlərinə istinadən məlumat yayılıb. Şirkətin yeddi keçmiş işçisinin iddialarına görə, rəhbərliyin hərəkətləri Kaliforniyanın Ədalətli Məşğulluq və Yaşayış Qanununu pozur, hansı ki, gender ayrı-seçkiliyi və ictimai yerlərdə korporativ problemləri […]
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. President.az-ın məlumatına görə, dəyişikliklə “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli […]