“Laçın-Xankəndi yolunun Ermənistana birləşən hissəsində DSX-nin nəzarət postunun yaradılması çoxdan lazımlı vacib məsələ idi. Çünki, Azərbaycan özünün suveren ərazilərini qorumalıdır və bu beynəlxalq normaların tələbidir”. Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, həmin yolun başlanğıcında “Siz Azərbaycanın ərazisinə daxil olursunuz. Ölkənin qanunlarına riayət etməyiniz xahiş olunur!” yazısı da qoyulmalıdır: […]
Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs İranın paytaxtı Tehranda Məhsa Əmininin öldürülməsindən sonra davam edən etirazlarla bağlı paylaşım edib. “Allah bütün qadınların yanındadır”, – deyə o, “Instagram” hesabında qeyd edib. İbrahim Tatlısəs paylaşımında iranlı qadınlara dəstəyini ifadə edib. “Ruhumun narahatlığını, qəlbimdəki ağrını ifadə etməyə nə sözlər yetər, nə yazılar… Vəfat edən qızımız Məhsa Əmini və öz azadlıqları […]
Prezident İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün, 2020-ci il noyabrın 20-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib.