Azərbaycanda marketlərdə şəkər tozu qıtlığı yaranıb. Xəbəral.az xəbər verir ki, həmçinin şəkər tozunun qiyməti də qalxıb. Belə ki, şəkər tozu mövcud olan marketlərdə məhsulun 1 kiloqramı 1 manat 40 qəpiyə satılır. Xəbəral.az
Rusiyanın Saxalin adasının şərq sahilləri yaxınlığında dənizdə 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin bölməsindən məlumat verilib. Zəlzələnin episentri Makarovski rayonunun Qornoye kəndindən 11 km cənub-şərqdə yerləşib. Onun ocağı 11 km dərinlikdə olub. Sosial şəbəkələrdə Makarovski rayonunun sakinləri zəlzələnin onların yuxusunu pozmasından, ev heyvanlarının qorxuya düşməsindən şikayətləniblər. […]
İstanbululun Sultanqazi məhəlləsində yeraltı təbii qaz xəttində partlayış baş verib. Məlumata görə, əraziyə çox sayda yanğınsöndürmə, polis və tibb briqadaları göndərilib. Hazırda hadisə yerində yanğının söndürülməsi istiqamətində işləri davam edir. Mənbə: TRT Xeberal.az