“Azərbaycanın dövlət müəssisələri bərpa proqramı çərçivəsində ölkənin işğaldan azad edilmiş ərazilərində layihələrin icrasını davam etdirəcək”. “Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib. Onun sözlərinə görə, bərpa layihələrinə sosial infrastruktur obyektlər də daxildir. Nazir deyib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də digər region ölkələri […]
Beş il ərzində Gürcüstan Rusiyaya şərab ixracını azalda və Rusiya bazarının ixracdakı payını 40 faizə qədər endirə bilər. Bu açıqlama ilə Gürcüstanın Milli Şərab Agentliyinin rəhbəri Levan Mexuzla çıxış edib. “Bu il ABŞ-a yönəlmiş çox yaxşı marketinq kampaniyamız var və düşünürəm ki, bu bazara ixracın artımı daha çox nəzərə çarpacaq”. L.Mexuzla vurğulayıb ki, 2021-ci ildə […]
Rumıniyada keçirilən “ARAD Open–2022” XV beynəlxalq şahmat turnirində Trinidad və Tobaqo Respublikasını təmsil edən soydaşımız Alan-Safar Ramutar qələbə qazanıb. Turnirə qalibiyyətlə başlayan istedadlı şahmatçı ilk oyununda rumıniyalı rəqibini məğlub edib. Isveçrə formatında 9 raunddan ibarət turnir boyu liderlər sırasında yer alaraq yarışda birinci yeri tutub. Alan-Safar Ramutar 2003-cü ildə Tobaqo və Trinidad Respublikasında anadan olub. […]