Türkiyənin “Qalatasaray” futbol klubu hazırki məşqçisi Dominik Torentlə yollarını ayırıb. Klubdan verilən açıqlamaya görə, ispaniyalı mütəxəssislə yanaşı, onun köməkçilərilə də mövcud müqavilələr ləğv edilib. Qeyd edək ki, bir müddət öncə “sarı-qırmızılar”ın “Başakşehir”lə çempionluq yaşamış Okan Burukla anlaşdığı bildirilib. Mənbə: “Haber Global” Xeberal.az
“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqaviləni yeniləyib. Klub bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb. 29 yaşlı qolkiperin seyvlərindən ibarət video-çarxın üzərində ingilis dilində “Soon” (Tezliklə) yazılıb. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi tezliklə sözləşmənin detallarını açıqlayacaq. Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da çıxış edir. O, Azərbaycan millisinin də əsas qapıçısıdır. Xeberal.az
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümü ilə bağlı paylaşım edib. XəbərAl.az xəbər verir ki, paylaşımda deyilir: “Can Azərbaycanın İstiqlal şairi Baxtiyar Vahabzadənin vəfatının 12-ci il dönümünu hörmət və rəhmətlə anıram. Şeirləri qəlbimizdə yaşayacaq”, – XİN rəhbəri qeyd edib.