Türkiyənin Van şəhərində eyni anda iki mövsüm yaşanır. Belə ki, Vanın Gevaş rayonunda baharın çalarları üstünlük təşkil etdiyi halda, 60 kilometr uzaqlıqdakı Baxçasaray rayonunda sözün əsl mənasında qış yaşanır. Qarın yavaş-yavaş əriməsi ilə bir tərəfdə lalələr çiçəkləyir, digər tərəfdə isə qarla mübarizə səyləri davam edir. Mənbə: İHA Xeberal.az
ABŞ-də Nyu-York metrosunda qatarda atışma nəticəsində bir yeniyetmə ölüb. Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat veriblər. Qeyd olunur ki, 12-17 yaş arasında olan daha beş nəfər xəsarət alıb. Səbəbi məlum olmayan mübahisə bazar ertəsi saat 16:40 radələrində (Bakı vaxtı ilə 01:40, çərşənbə axşamı – red.) Bronks ərazisində baş verib. Şahidlər 10-dan çox atəş səsi eşidiblər. […]
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Dövlət başçısının regionlara bütün səfərləri kimi 26 iyun səfəri də olduqca mühüm əhəmiyyət daşıyıb. İlk növbədə onu qeyd edək ki, Azərbaycan liderinin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri dövlətin Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində gördüyü tədbirləri daha da genişləndirməsi, […]