“Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib. Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib və Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib. Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Burada ilk […]
İranın Dehqolan şəhərində etirazçılar yollarda çoxlu təkər yandırıblar. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, etirazçılar hökumət qüvvələrinin qarşısını kəsib və hakimiyyət əleyhinə şüarlar səsləndirirlər: “Xameneyiyə ölüm olsun!”. Xeberal.az
“Sabah” klubu heyətinə yeni basketbolçu qatıb. Paytaxt təmsilçisindən “Report”a verilən məlumata görə, son mövsümü NCCA 1 divizionunda mübarizə aparan “Coppin State Eagles” komandasının heyətində keçirən Kamron Blu mövsümün sonunda Azərbaycan təmsilçisində çıxış edəcək. Qeyd edək ki, 2 metr boyu olan 23 yaşlı oyunçu müdafiəçidir. Xeberal.az