8 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti əsasında Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda 13-cü Səfirlər konfransında çıxış edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir […]
Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında daha iki turun oyunları keçirilib. Şahmat federasiyasından verilən məlumata görə, ikinci turda Azərbaycan komandası Qazaxıstan şahmatçıları ilə heç-heçə oynayıb 2-2. Üçüncü turda şahmatçılarımız Bolqarıstan komandasını məğlub edib 3,5-0,5. Xatırladaq ki, yığmamız ilk turda Paraqvaya qalib gəlib – 4:0. Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar […]
Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, idmançı 48 kiloqram çəki dərəcəsində birinci yeri tutub. Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır. Xeberal.az