İranda repressiv hökumət qüvvələri və etirazçılar arasında daha bir toqquşma baş verib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Bildirilir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, İranın Semirom şəhərində molla rejiminin repressiv qüvvələri ilə etirazçılar arasında toqquşma qeydə alınıb. Xatırladaq ki, Məhsa Əminin hökumət tərəfindən öldürülməsi ilə başlanan etirazlar 107 gündür davam edir. Xeberal.az
Afrika liderlərinin böyük əksəriyyəti Kremlin yeni diplomatik irəliləyiş və Rusiyanın dünyada əhəmiyyətinin təsdiqi kimi təqdim etməyə çalışdığı Rusiya-Afrika sammitində iştirak etməmək qərarına gəlib. Belə ki, sammitdə Afrika qitəsinin 54 ölkəsindən yalnız 17-ni dövlət başçıları təmsil edəcək. 10 ölkə baş nazirlərini, qalanları baş nazirin müavini, nazir və ya sadəcə səfirin rəhbərlik etdiyi nümayəndə heyətlərini göndərəcək. Beş […]
Vaşinqton bir neçə iranlıya qarşı sanksiyalar tətbiq edib. Onların Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə əlaqəli olduğu iddia edilir. Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib. Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi “Qods Aviation Industries” şirkətinin altı rəhbərlik nümayəndəsi və direktorlar şurası üzvlərinə məhdudiyyətlər tətbiq edib. Şirkət ABŞ sanksiyaları altındadır və ölkədə müdafiə məhsulları sənayesində əsas […]