“Bu gün çox yaxşı və keyfiyyətli oyun göstərdik. Az səhv etdik. Amma daha yaxşı oynamalıyıq”. “Report” xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Qazaxıstan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib. 66 yaşlı mütəxəssis ikinci hissədə komandanın oyunundan razı qaldığını […]
“Dünya Avropa Şurasında baş verənlərə ədalətli qiymət verməlidir”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinin dayandırılması qərarını jurnalistlərə şərh edərkən bildirib. “AŞPA-nın gördüyü hər bir iş tamamilə siyasiləşib. Təəssüf ki, təkcə bu təşkilatda deyil, həm də ona qonşu təşkilatlarda, məsələn, ATƏT-də. Avropa Şurasında baş verənlərə adekvat […]
Fevral ayının son günlərini yaşayırıq. Təbii ki, yerləşdiyimiz iqlim qurşağında hələ ki təzə meyvənin yetişdiyi vaxt deyil. Amma qışın oğlan çağında da Bakı əhalisini təzə meyvə ilə təəccübləndirmək mümkün deyil – dükan-bazarlarda sanki bir saat öncə ağacdan yığılmış kimi görünən meyvələr az deyil. Maraqlı olanı – piştaxtaları bəzəyən bu meyvələr arasında özünü də, adını da […]