“Mançester Yunayted” rəhbərliyi ilə komandanın baş məşqçisi Erik ten Haq arasında fikir ayrılığı yaranıb. Niderlandlı mütəxəssis hücumçu Antoni Marsyalın göndərilməsini istəyir. Ancaq klubun sahibi Joel Qleyzer bununla razı deyil. Məlumata görə “qırmızı şeytanlar”ın rəhbəri fransalı futbolçunun azarkeşidir. O, hətta Marsyalı braziliyalı əfsanəvi futbolçu Peleyə bənzədir. 2015-ci ildə “Monako”dan “Mançester Yunayted”ə transfer olunan futbolçunun klubla müqaviləsi gələn […]
“Sony” şirkəti yeni “God of War: Ragnarok” oyununun reklam kampaniyası çərçivəsində Londonun mərkəzində nəhəng Leviafan baltası şəklində abidə quraşdırıb. Qeyri-adi obyektin fotoları “PlayStation”ın Britaniya bölməsinin rəsmi “Twitter” hesabında peyda olub. Bildirilir ki, böyük balta formasındakı art-obyekt Londonda çox qalmayacaq – o, yanvarın 31-də axşam saatlarında yığışdırılacaq. Xeberal.az
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərə gedib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər daxildirlər. […]