“Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi”. AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Mingəçevir şəhərində istilik elektrik stansiyasının təməlqoyma mərasiminə həsr olunan tədbirdə iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. “Eyni zamanda, […]
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 21 793 mülki şəxs zərər çəkib. Onlardan 8 173 nəfər həlak olub. Bunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb. Bildirilib ki, 8 000-dən çox ölümlə yanaşı, BMT Rusiyanın təcavüzü nəticəsində 13 620 nəfərin də yaralandığını qeydə alıb. Ötən ay 589 zərərçəkmiş təsdiqlənib – 138 dinc sakin həlak […]
Rusiya prezident administrasiyasının bütün kişi işçilərinə xaricə ezamiyyətə çıxmaq müvəqqəti olaraq qadağan edilib. Məlumata görə, qadağa “səfərbərlik haqqında xüsusi sərəncam” dərc olunana qədər qüvvədə olacaq. Hazırda prezident administrasiyasından yalnız qadınların xaricə ezamiyyətinə icazə verilir. Əvvəllər sadəcə arzuolunmaz olan xarici məzuniyyətlər isə indi qadağan edilib. Bildirilir ki, bu, “profilaktik tədbir” ola bilər. Belə ki, təsdiqlənməmiş məlumatlara […]