“Yığmadan kənarlaşdırılıb-kənarlaşdırılmadığımızı bilmirəm. Sadəcə, onu deyim ki, hazırda havada qalmışıq”. Bunu “Report”a açıqlamasında Azərbaycan taekvondoçusu Radik İsayev milli komandadan uzaqlaşdırılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu özü ilə yanaşı, Milad Beiqi Harçeqani (87 kq) və Ayxan Tağızadənin (74 kq) də təlim-məşq toplanışına çağırılmadığını söyləyib: “Bundan […]
Bakının Nərimanov rayonunda azyaşlı bıçaqlanıb. APA xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Ağakişiyev Nihat Murad oğlu həmyaşıdları ilə mübahisə zamanı ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. Xeberal.az
“Hazırda Asiya və Avropa, Şərq və Qərb arasında ticarətin arasıkəsilməz qaydada həyata keçirilməsinə böyük bir ehtiyac var”. “Report” xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (“Data pipeline”) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı […]