Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərin hər biri beş min manat məbləğində sığorta haqqı ala bilər. Bunu “Report”a İcbari Sığorta Bürosundan (İSB) bildiriblər. “Üçüncü şəxslərin sağlamlığına vurulan zərərlə bağlı məsuliyyəti sübut olunmuş avtonəqliyyat vasitəsi şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitəsidirsə, bu zaman sərnişinlərin icbari fərdi qəza sığortası ilə də sığortalanmalıdır. Qanunvericiliyin tələblərinə əsasən, […]
İran hakimiyyəti Azərbaycan cəmiyyətinə özünü yaxşı tərəfdən tanıda bilməyib. Münasibətləri gərginləşdirən birmənalı olaraq bu ölkənin rəhbərliyi, hökumətidir. Heç uzağa getməyək, son iki ildə Tehranın Azərbaycana qarşı fəaliyyətini xatırlamaq kifayət edər. Çünki bir hakimiyyətin, dövlətin Ermənistana münasibəti, onunla əlaqəsi və başqa məsələlər Azərbaycanın dost və düşmənini ayırd etmək üçün lakmusdur. Ermənistan Azərbaycanla əldə edilən razılıqları yerinə […]
Prezident İlham Əliyev Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında dekabrın 4-də Sərəncam imzalayıb. Bu barədə President.az xəbər verir. Sərəncamla səksən kilometr uzunluğu olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət […]