Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi olan Emin Hüseynov İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. O, bu barədə “X” sosial şəbəkə platformasında paylaşım edib. Həmin paylaşımı təqdim edirik: Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür! Doğum gününüz mübarək, Cənab Prezident! #Qarabağ pic.twitter.com/JpcBn2akrz […]
Rusiya Müdafiə Nazirliyi (MN) Qarabağda təmas xətti boyunca sülhməramlıların postlarının mərhələli şəkildə ləğv edildiyini açıqlayıb. “Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” – nazirlikdən bildirilib. Qeyd edək ki, ləğv edilən postlar Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında fəaliyyət göstərib. Mənbə: TASS Xeberal.az
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O qeyd edib ki, Zaporojye vilayətində Rusiya Ordusunun raket zərbələri nəticəsində böyük bir məhəllə dağılıb. “10 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir. Dağıntılar altında qalan insanların axtarışı davam edir”, – deyə jurnalist əlavə edib. Məlumata görə, Xerson vilayəti […]