Türkiyədə zəlzələdən sonra ötən 7-ci gündə də möcüzələr baş verir. Hatayda əlil olan 23 yaşlı Hüseyn Seferoğlu fəlakətin 155-ci saatında dağıntılar altından xilas edilib. Onun əqli qüsurlu olduğu bildirilib. Mənbə: Sabah Xeberal.az
Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 6-na təyin edilib. Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Nurullah Dibirov cəzasını ümumi rejimli […]
Rəqqasə Fatimə Fətəliyevanın vəziyyəti yaxşıdır. Bu barədə Oxu.Az-a Fatimə Fətəliyevanın köməkçisi məlumat verib. O, qeyd edib ki, hazırda hər şey qaydasındadır: “Fatimə xanım artıq özünü çox yaxşı hiss edir. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bəli, o, göbələkdən zəhərlənmişdi. Lakin qidanı hər hansı bir restoranda yox, evdə qəbul etmişdi. Xəstəxanadan buraxılıb. Artıq öz işinin başındadır. […]