Azərbaycanın 63 yaşlı veteran cüdoçusu Fərhad Rəcəbli Avropa çempionatında qızıl medal qazanıb. Sloveniyada keçirilən veteran cüdoçular arasında keçirilən yarışda iştirak edən Fərhad Rəcəbli 9-cu dəfə qitənin ən güclüsü adını qazanıb. M7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı qızıl medal uğrunda İsveçrəli rəqibinə qallib gəlib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az
“Almaniya COP29 çərçivəsində Azərbaycanla çalışmağa hazırdır”. “Trend” xəbər verir ki, bunu jurnalistlərə Almaniya Federal Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqan deyib. “COP konfransının uğuru inklüzivliyindədir. Bu tədbirlərdə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti iştirak edirlər. Özəl sektorun bu konfrans çərçivəsində iştirakı böyük əhəmiyyət kəsb edir”, – o deyib. Xeberal.az