Amerikalı pop-müğənni Teylor Svift rəsmən milyarder elan olunub. Bu barədə “Bloomberg” agentliyi yazır. Agentliyin verdiyi məlumata görə, 33 yaşlı sənətçinin ümumi sərvəti “Eras” musiqi turu sayəsində indi 1 milyard dollar həddini keçib. Qeyd olunur ki, Sviftin bu yay baş tutan qastrolları da həmçinin ölkənin ÜDM-ni 4,3 milyard dollar artıraraq, ABŞ iqtisadiyyatının güclənməsinə kömək edib. Məlumdur […]
Rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda Azərbaycandan üzr istəyib. “Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin başlıca prioritetlərindəndir. Şəxsən mən bu prioritetlə tam razıyam. Dünən mənim səhər efirimdə elə bir hadisə baş verdi ki, bu, Bakıda qəbuledilməz kimi qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, […]
Suriyada Rusiyaya məxsus “Tiqr” hərbi texnikasına hücum olub. Bununla bağlı “İzvestiya” nəşri məlumat yayıb. Bildirilib ki, hərbi avtomobilinin keçidi zamanı yolda quraşdırılmış əldəqayırma partlayıcı işə düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilib. Faktı Suriyada müharibə tərəflərinin barışması üçün yaradılan Rusiya mərkəzinin rəhbərinin müavini Aleksandr Qrinkeviç təsdiqləyib.