Filippinin Mindanao adasında 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 300 mindən çox insanın yaşadığı Butuan şəhərindən 39 kilometr cənub-şərqdə yerləşib. İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur. Xeberal.az
Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir. AZƏRTAC xəbər verir ki, dinc ekoloji aksiyanın davam etdiyi 90 gün ərzində Rusiya sülhməramlıları və BQXK-yə məxsus 4000-dən artıq avtomobil Laçın- Xankəndi yolundan maneəsiz keçib. Qeyd edək ki, martın 11-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya […]
Minifutbol yığmamızın Slovakiyada Avropa çempionu olması münasibətilə ABŞ-ın Nyu-York şəhərində poster əks olunub. Oxu.Az-ın xəbərinə görə, Azərbaycanın “Mediamark” şirkəti Nyu-Yorkun Taymz Meydanında bununla bağlı poster yerləşdirib. “Mediamark”ın təsisçisi Orxan Rzayevin sözlərinə görə, bir həftə ərzində Nyu-Yorkun müxtəlif yerlərində bu cür posterlər yerləşdiriləcək. Səbuhi Musa Xeberal.az