Sharing is caring!
Oxşar Xəbərlər
İsrail ordusu HƏMAS-ın hədəflərinə genişmiqyaslı hava zərbələri endirir
Posted on Author Xeberal.az
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın bir çox hədəfinə genişmiqyaslı hava hücumları həyata keçirir. Bu barədə İsrail Müdafiə Qüvvələrindən məlumat verilib. Qeyd olunub ki, tezliklə zərbələr barədə əlavə məlumatlar da veriləcək. Xatırladaq ki, bir müddət əvvəl HƏMAS İsrailin mərkəzinə raket hücumuna görə məsuliyyəti üzərinə götürüb. Mənbə: “The Times of İsrael” Xeberal.az
Əli Əsədov Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri ilə görüşüb
Posted on Author Xeberal.az
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankverti qəbul edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin hərtərəfli inkişafı, xüsusilə ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub. Xeberal.az