“Təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı olaraq yüksəldilməsinə, təhsil müəssisələrində innovativ strukturların yaradılmasına yol maliyyə yetərliliyinin təmin edilməsindən keçir”. “Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Onun […]
Builki Avroviziya təmsilçimiz “TuralTuranX” apreldə üç ölkəyə səfər edəcək. Olay.az yazır ki, əkizlər 3 apreldə İsrailə gedəcəklər. Bağmanovlar Təl-Əvivdə səhnəyə çıxacaqlar. Aprelin 15-də Amsterdamda konsert verəcək qardaşlar səhərisi gün “London Eurovision Party”də səhnə alacaqlar. Qeyd edək ki, “Avroviziya-2023” mahnımız “Tell me more” ötən günlərdə müsabiqənin rəsmi “YouTube” səhifəsində yayımlanıb. Xeberal.az
Avstriyanın Qraz Tibb Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma yuxunun keyfiyyəti ilə fərdi şəxsiyyət xüsusiyyətləri arasındakı mühüm əlaqənin olmasına aydınlıq gətirib. “Frontiers in Psychology” jurnalında dərc olunan hesabata görə, alimlər psixiatrik diaqnozu olan xəstələr də daxil olmaqla 657 tədqiqat iştirakçısının məlumatlarını təhlil ediblər. Araşdırmanın nəticələri göstərib ki, yuxu problemləri təkcə psixikası pozulan insanlarla məhdudlaşmır. Yuxu rejimləri […]