“Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinlərimizi sevindirməlidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı deyib. “Məqsədimiz sizin həyəcansız bir şəkildə “Azərbaycan 50 metr yaxınlığımızdadır, orada ticarətlə məşğul olacağıq, iqtisadiyyat quracağıq” deməyinizdir”, – baş nazir vurğulayıb. O qeyd edib ki, bundan başqa Azərbaycanla sərhəddə avtomobillərin keçəcəyi keçid […]
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edib. Kasım-Jomart Tokayevi “Zvartnots” hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb. Səfər çərçivəsində Qazaxıstan prezidenti Ermənistan baş naziri Nikol Paşinyanla, prezident Vaaqn Xaçaturyanla və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək. Mənbə: Sputnik Qazaxıstan Xeberal.az
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb. Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/8 finalda ermənistanlı Lusine Gevorqyanı mübarizədən kənarlaşdırıb. İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) […]