Sharing is caring!
Oxşar Xəbərlər
Bakıda 32 yaşlı kişi bıçaqlanıb
Posted on Author Xeberal.az
Bakıda 32 yaşlı kişi bıçaqlanıb. “Report”un xəbərinə görə, hadisə mayın 9-da saat 01 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Emil Nurməmməd oğlu Məmmədov naməlum səbəbdən, döş qəfəsindən bir bıçaq xəsarəti alıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Hadisəni törətmiş şəxsin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Xeberal.az
Roma Papası Ukraynaya səfər etmək istəyir – FOTO
Posted on Author Xeberal.az
Roma Papası Fransiskin Ukraynaya səfəri gözlənilir. Bu barədə Papa ilə görüşən Ukraynanın Vatikandakı səfiri Andriy Yuraş öz “Facebook” səhifəsində məlumat verib. “Ukrayna uzun illərdir, xüsusən də müharibə başlayandan bəri Papanı gözləyir və Qazaxıstana səfərindən əvvəl onunla görüşməyə şad olacaq”, – A. Yuraş bildirib. Xeberal.az
Peskovdan Zelenskinin açıqlamalarına REAKSİYA: “Bu doğru deyil”
Posted on Author Xeberal.az
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Life.ru” ilə söhbətində Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda Rusiya Federasiyasında səfərbərliyin olacağı ilə bağlı bəyanatını təkzib edib. Kremlin sözçüsü bunu həqiqətə uyğun olmayan ifadələr adlandırıb. Peskov müvafiq sualı “Bu doğru deyil”, – deyərək cavablandırıb. Xatırladaq ki, daha əvvəl Zelenski Rusiya hakimiyyətinin iyunun əvvəlinə qədər 300 min insanı səfərbər […]