Sharing is caring!
Oxşar Xəbərlər
Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir
Posted on Author mirismail
Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir. XəbərAl.az xəbər verir ki, hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək. Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb. Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.
General-mayor Ramil Əsgərov vəzifəsindən azad edildi
Posted on Author Xeberal.az
Müdafiə Nazirliyində kadr dəyişikliyi olub. XəbərAl.az xəbər verir ki, nazir Zakir Həsənovun müvafiq əmri ilə Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.
Ukraynanın baş naziri aylıq hərbi xərcləri açıqlayıb
Posted on Author Xeberal.az
Əvvəllər Ukrayna ordusunun saxlanmasına il ərzində 5,28 milyard dollar xərclənirdisə, indi Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi ayda 4,4 milyard dollara başa gəlir. Bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib. O, izah edib ki, Ukraynanın bütövlükdə büdcəsi ayda 8,46 milyard dollar təşkil edir və hərbi xərclərin kəskin artması səbəbindən 4-5 milyard dollarlıq çatışmazlıq yaranır. Mənbə: rbc.ua Xeberal.az