Sharing is caring!
Oxşar Xəbərlər
Taliblər BƏƏ ilə razılığa gəldilər
Posted on Author Xeberal.az
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının nümayəndələri paytaxt da daxil olmaqla, ölkənin dörd hava limanının idarə edilməsində əməkdaşlıq haqqında BƏƏ ilə saziş imzalayıblar. Razılaşma Baş nazirin müavini vəzifəsini icra edən Əbdül Qani Bəradərin BƏƏ-yə səfərindən sonra imzalanıb. Sənədə əsasən, tərəflər Kabil, Qəndəhar, Herat və Məzari-Şərif hava limanlarının istismar şərtləri barədə razılığa gəliblər. Mənbə: BAKHTAR Xeberal.az
Azərbaycana idxal edilən məhsullar ucuzlaşa bilər – AÇIQLAMA
Posted on Author Xeberal.az
Azərbaycana idxal edilən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması idxal olunan məhsulların qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Gömrük Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindən biri idxal edilən məhsulların gömrük dəyərinin daha qısa müddətdə müəyyənləşdirilməsindən ibarətdir. […]
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib
Posted on Author Xeberal.az
Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib. “Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində Balabəy Ağayev, 66 kq-da Orxan Səfərov bu mərhələyədək irəliləməyi bacarıb. Ağayev ardıcıl olaraq Bryan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya) məğlub edib. Onun yarımfinaldakı rəqibləri hələlik bəlli deyil. Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Salih Yıldıza (Türkiyə) […]