Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub.
XəbərAl.az xəbər verir ki, bu barədə Universitetin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nurəli Yusifbəyli Tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.
O, bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub.