ABŞ prezidenti Co Bayden Nantaket adasına işgüzar səfəri zamanı gözlənilmədən bir evin pəncərəsindən içəriboylanıb. Məlumata görə, Ağ Ev rəhbəri gəzərkən uşaqların səsini eşidib və onlara baxmaq üçün pəncərəyə yaxınlaşıb. Təəccüblənən uşaqlar ABŞ-ın dövlət rəhbərini pəncərələrində gördükdən sonra birlikdə selfi çəkdiriblər. Görüntülər sosial şəbəkələrdə yayılıb. Mənbə: vz.ru Xeberal.az
Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə əməliyyatları zamanı 114 mindən çox insan xilas edilib. Bunu bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətinə səfəri zamanı deyib. “Dağıntıların təmizlənməsi işləri başa çatmaq üzrədir. Artıq 114 834 nəfər xilas edilib”, – deyə dövlət başçısı bildirib. O qeyd edib ki, indiyədək 21 minə yaxın binanın dağıntıları təmizlənib. […]
Dünən Ərdəbildə güclü toz səbəbindən təhlükəli vəziyyət elan edilib. Bununla da bu gün Ərdəbilin məktəb və universitetləri fəaliyyət göstərməyəcək. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir. Qeyd edilib ki, ofislər saat 10:00-dan etibarən işə başlayacaq. Ərdəbil vilayətində tozlu hava şəraiti axşam saatlarına qədər davam edəcək. Xeberal.az