Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Bürünlü kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan 1713 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib. Xeberal.az
“Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində yaralanan şəxslərin vəziyyəti yaxşıdır”. Bunu “Report”a açıqlamasında Azərbaycanın İrandan təxliyyə olunan səfiri Əli Əlizadə deyib. Diplomatın sözlərinə görə, onların səhhəti ilə bağlı məsələ nəzarət altındadır. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu […]
Gələn ilin may ayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək. Bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd olunub. Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Heydər Əliyev Mükafatı Komissiyası və Prezident Administrasiyası icraçı qurum kimi müəyyən edilib. Xeberal.az