Martın 12-nə keçən gecə Rusiyanın ən azı altı bölgəsi dron hücumuna məruz qalıb.
Bildirilir ki, Belqorod, Voronej, Kursk, Moskva, Oryol və Tula vilayətləri təyyarə tipli dronlarla vurulub.
Oryol vilayətində istilik-enerji kompleksinə də zərbə dəyib və neft məhsulları çəni alışıb.
Bəzi bölgələrdə elektrik verilişi xətləri sıradan çıxdığından ərazilər işıqsız qalıb. Xəsarət alanların olmadığı bildirilir.
Mənbə: Gazeta.ru
Xeberal.az