Azərbaycan millisi Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda yarımfinal oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Gürcüstanla qarşılaşan yığmamız əzmkar qələbə qazanıb. Komanda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geridönüş edərək yekunda 74:72 hesabı ilə qalib gəlib.
Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb. Həlledici oyunda basketbolçularımızın rəqibi Andorra seçməsi olacaq.
Oyun iyulun 23-də Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.
Faiq Tahirov
Xeberal.az