Ötən həftə ailə həyatı quran tanınmış repçi Pasterin xanımı Natavan Əfəndiyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Lent.az xəbər verir ki, model-aktrisa şaurmadan zəhərlənib.
O, sosial şəbəkədə "Şaurma.az"ın səhifəsini tag edərək, "Çox sağ olun ki, məni zəhərlədiniz" – sözlərini yazıb.
Xatırladaq ki, yanvarın 21-də Pərviz Quluzadə ilə ailə həyatı quran Natavan Əfəndiyeva bir neçə aylıq hamilədir.