Mayın 19-da dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib. Məhkəmə-Hüquq Şurasından Xəbəral.az-a verilən məlumata görə, müşavirədə […]
İsraildə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşləri keçirib. Komitədən Oxu.Az-a verilən məlumata görə, İsrail Knessetində baş tutan görüşlərdə İsrailin maliyyə naziri Aviqdor Liberman, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer, Yerusəlim işləri və irsi üzrə, eləcə də mənzil və tikinti üzrə […]
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib. Qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb. O həmçinin “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Cevdet Yılmaz “Türk şəhidliyi” abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb. Ətraflı Baku TV-nin süjetində: Xeberal.az