Araşdırma

Sabirabadlı deputat Elçin Quliyevin küçəsi yoxsa zibilxana?

XəbərAl.az xəbər verir ki, Sabirabad şəhərində C. Məmmədquluzadə və H.Z.Tağıyev küçələrinin arasında yerləşən transformator ətrafında tullantılar toplanıb. İstənilən bir qığılcımla orada böyük yanğın və qarşısı alınmaz fəlakət baş verə bilər.  Qeyd edək ki,  H.Z. Tağıyev küçəsində Sabirabadın deputatı Elçin Quliyev də yaşayır. Onun niyə bu mənzərə diqqətini çəkməyib  sualı cavabsızdır. Aidiyyatı qurumların mövqeyini işıqlandırmağa hazırıq. […]

Siyasət

“Azərbaycanda pensiya və əməkhaqqı yenə artırılacaq” – İlham Əliyev

“Ölkədə minumum əməkhaqqının və minumum pensiyanın təxminən 40 faiz qaldırılması önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz” XəbərAl.az xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkı ilə tanış olarkən sakinlərlə söhbətində bildirib. Prezident vurğulayıb ki, Azərbaycanda […]

manset

“Bakcell”dən uşaq şahmat turnirinə növbəti dəstək

XəbərAl.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell 7-12 aprel 2019-ci il tarixlərində Bakı şəhərində keçirilmiş uşaqlar arasında 18-ci beynəlxalq şahmat turnirinə dəstək göstərib. Frankofoniya günlərinə həsr edilmiş bu ənənəvi turnir “Gənclik” Şahmat Klubu və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə keçirilib. İsveçrə sistemi […]

Ölkə

Prezident Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verdi

Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacaq. XəbərAl.az xəbər verirki, Musavat.com-un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb. Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişiklik telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq […]

Siyasət

Fuad Muradov gürcüstanlı nazir müavini ilə görüşdü – Foto

Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Komitədən XəbərAl.az-a verilən məlumata görə, F.Muradov ölkəmizin diaspor siyasəti haqqında məlumat verib və bu sahədə Komitənin gördüyü işlərdən danışıb. Xarici işlər nazirinin müavini ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafı barədə fikirlərini bölüşüb və münasibətlərin səviyyəsindən məmnunluq […]

Siyasət

“Təhsil sahəsində Çinlə fəal əməkdaşlığa ehtiyac var” – Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində iki ölkə arasındakı siyasi, iqtisadi və ticari əlaqələrin əhəmiyyətindən bəhs edib. XəbərAl.az  xəbər verir ki, ölkə başçısı gələcəkdə Çinlə digər sahələrdə də əməkdaşlığın qurulmasına ehtiyac olduğunu bildirib: “Fəal siyasi təmaslarımız mövcuddur. Eyni zamanda, iqtisadiyyat sahəsində də fəal əməkdaşlığımız var. Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının […]

Dünya

Sabiq prezident intihar etdi

Korrupsiyada itiham edilən Perunun sabiq prezidenti Alan Qarsiya evində saxlanılarkən intihar edib. XəbərAl.az “Nyu-York Tayms”a istinadən xəbər verir ki, 69 yaşlı siyasətçi yataq otağında özünü başından silahla vurub. Dərhal xəstəxanaya çatdırılan Qarsiya əməliyyat edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Alan Qarsiya 1985-1990 və 2006-2011-ci illərdə iki dəfə prezident olub. O, hazırda […]

Ölkə

Elçin Quliyev Ermənistanla sərhəddə…FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. XəbərAl.az bildirirki, DSX-dən  verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevintapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin gedişatı, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, müdafiə mövqelərinin möhkəmləndirilməsi, mühəndis-istehkam tədbirlərinin gücləndirilməsi […]

manset

Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)

ABŞ Hərbi Dəniz Qüvvələrində polkovnik-leytenant rütbəsi ilə xidmətdə olan “John” ləqəbli həmyerlimiz Nəimi Əmiral ABŞ Müdafiə Departamentinin F-35 Beşinci Nəsil Döyüş Təyyarələri Baş Ofisində Türkiyə Proqramı Meneceri təyin edilib. XəbərAl.az  xəbər verir ki, bu barədə publika.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Xatırladaq ki, həmyerlimiz eyni zamanda F-35 Baş Ofisində Partnyorlarla Əlaqə və Xarici Satışlar Şöbəsində Ştab […]

Dünya MARAQLI

Rusiyada yeni milyarderlər tapıldı – Buhman qardaşları…+ Fotolar

Rusiyanın yeni milyarderlərinin siyahısına daha iki nəfər daxil edilib.  XəbərAl.az  xəbər verir ki, “Bloomberg Billionaires Index”in dərc etdiyi siyahıda İqor və Dmitri Buhman qardaşları da yer alıb. Rusiyanın Volqoda şəhərindən olan qardaşlar komputer oyunlarının inkişafı üzrə formalaşmış “Playrix Holding Ltd.” Şirkətinin yaradıcılarıdır. Onların hər birinin sərvəti ayrılıqda 1,4 milyard dollardır. Analitiklər 2001-ci ildə yaradılmış şirkətin illik […]