Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən Assosiasiyanın icraçı drektoru, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova və qurumun nümayəndələri gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər. Fəaliyyət Planında qadın sahibkarlığının təbliği və təşviqi ilə bağlı birgə layihələrin işlənib hazırlanması, sahibkarlıq fəaliyyəti göstərən xanımların maarifləndirici görüşlərə cəlb olunması, elmi-praktik konfransların, seminar və təlimlərin, […]
Month: May 2024
Yol polisləri yeni “Mersedes”lə xidmətə başladı
Bakı şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları bu gündən etibarən yeni “Mersedes” markalı avtomobillərlə xidmətə başlayıb. XəbərAl.az Avtosfer.az-a istinadən xəbər verir ki, artıq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Alaynının bütün avtomobilləri yenilənib. Dünəndən həmin avtomobillər yol polis əməkdaşlarına təhkim edilib. Bu gündən isə avtomobillərin bir qismi xidmətə çıxıb, bir qismi isə bu həftə […]
Bakıda 12 min dollarlıq oğurluq edən rus tutuldu
Paytaxtın Hövsan qəsəbəsində evdən pul və qızıl oğurlanıb. XəbərAl.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 12.000 ABŞ dolları, qızıl-zinət əşyaları və qol saatı oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakini Sergey Pimenov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Hərbiçilər ehtiyata buraxıldı
Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılmaları ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yolasalma mərasimi keçirilib. XəbərAl.az xəbər verir ki, rəmzi olaraq xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına silahların, zirehli jiletlərin və dəbilqələrin təqdim edilməsi […]
Təranə Qumralın qızının elə görüntüləri yayıldı ki-VİDEO
Müğənni Təranə Qumralın böyük qızı Qumral sosial şəbəkədə maraqlı video paylaşıb. XəbərAl.az xəbər verir ki, qəlyanxanada (yaxud çay evi) lentə alınan görüntülərdə Qumraldan savayı daha üç xanım var. Komplekssiz rəqsləri ilə diqqət çəkən rəfiqələrin həmin görüntülərini təqdim edirik.
Prezident “Tufan” tipli sərhəd gözətçi gəmisində – Fotolar
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub. XəbərAl.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Mingəçevir Mərkəzi Xəstəxanasında “ayaqyolu” pulludur.
Mingəçevir Mərkəzi Xəstəxanasında “ayaqyolu” pulludur. Bu barədə İstixəbər.info saytının əməkdaşı məlumat verib. Onun sözlərinə görə, bu gün saat 13:00 radələrində Mingəçevir Mərkəzi Xəstəxanasına dostunun müalicə və müayinə üçün gediblər. Xəstəxanadan çıxandan sonra “ayaqyolu”na getmək istəyən əməkdaşımız xoşagəlməz hadisə ilə qarşılaşıb. Ayaqyolunun yanında dayanan xanım əməkdaşıma “giriş 0.30 qəpikdir” deyə bildirib. Əməkdaşımız həmin xanımla uzun-uzadı söhbət aparmağa başlayıb […]
Nərmin yenidən məhkəməyə verildi: Dövlətə xəyanət və casusluq maddəsi ilə
Tanınmış idmançı Araz Musayev psixoloq Nərmin Şahmarzadəni yenidən məhkəməyə verib. XəbərAl.az xəbər verir ki,bu haqda Azxeber.com-a idmançı özü bildirib. O deyib ki, məhkəmə 22 yanvar saat 15:00-a təyin olunub. İdmançı iddia ərizəsində Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdiyini və buna görə cəzalanmasını istəyib. Araz Musayev Nərmin haqda Cinayət Məcəlləsinin 147 və 148 (təhqir, böhtan) […]
Səsvermə vaxtı toy etmək qadağan olundu
Türkiyədə martın 31-i – bələdiyyə seçkiləri günü yerli vaxtla saat 18:00-dək toy mərasimlərinin keçirilməsi qadağan edilib. Həmçinin səsvermə günü saat 21:00-a qədər spirtli içkilərin satışı dayandırılacaq. Bundan başqa, televiziya və radiolarda seçki günü nəticələr haqqında hər hansı proqnozlar səsləndirməyə icazə verilmir. Qeyd edək ki, bələdiyyə seçkiləri günü siyasi partiyalara da bir sıra qadağalar tətbiq olunacaq. […]
İdarə rəisi vəfat etdi…. SƏBƏB?
Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Rövşən Aslanov dünyasını dəyişib. Bu barədə mərhumun dostları sosial şəbəkədə məlumat paylaşıb. 49 yaşlı Rövşən Aslanovun ürəktutmasından öldüyü bildirilir. Allah rəhmət eləsin!