Kriminal

İki bacının qətlində iyrənc fakt – 4 il qardaşları tərəfindən…FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Afyonkarahisar rayonunun Çayüstü kəndində iki bacı – 20 yaşlı Aysel Şahin və 16 yaşlı Xədicə Şahin evlərində başlarından vurulmuş halda tapılıblar. XəbərAl.az  “Posta”yaistinadən xəbər verir ki, hadisədən sonra qızların atası, anası və 4 qardaşı polis idarəsində ifadə verib. Evin böyük oğlu 21 yaşlı Bayram Şahin ifadəsi zamanı iyrənc əməllərini etiraf edib. […]

Kriminal

Fuad Abbasov həbs olundu

Fuad Abbasov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. XəbərAl.az Demokrat.Az-a istinadən  xəbər verir ki, Diasporpress.az-ın əldə etiyi özəl məlumata görə Rusiyada jurnalist fəaliyyəti ilə məşqul olan Azərbaycan vətəndaşı Fuad Abbasov Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs olunub. Məlumata görə Abbasovun evindən 15 milyon rus rubulu aşkarlanaraq götürülüb. Fuad Abbasov xarici xüsusi xidmət orqanları ilə […]

Kriminal

Fədayə Laçının Səhhəti Pisləşdi

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. XəbərAl.az-ın xəbərinə görə, görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə F.Laçının vəkili Nurəngiz Quliyeva çıxış edib. Vəkil deyib ki, F.Laçının səhhəti pisləşib. O, F.Laçının səhhətini nəzərə […]

Kriminal MARAQLI

Bakıda rusiyalı qadından polisə şikayət – Kişi onu zorla öpmək istəyib

Bakıda Rusiya vətəndaşını öpməyə çalışan kişi saxlanılıb. Bu baradə Oxu.Az-a Xətai rayon Polis İdarəsindən məlumat verilib. Belə ki, martın 31-də 26 yaşlı Rusiya vətəndaşı Yekaterina Bulanova 36-cı polis bölməsinə müraciət edib. Şikayət ərizəsində qadın 22:00 radələrində həmin rayonda yerləşən evinin qarşısında tanımadığı bir cavanın onu kafeyə dəvət etdiyini qeyd edib. Kişi rədd cavabı alsa da, […]

Kriminal

Bakıda 12 min dollarlıq oğurluq edən rus tutuldu

Paytaxtın Hövsan qəsəbəsində evdən pul və qızıl oğurlanıb. XəbərAl.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 12.000 ABŞ dolları, qızıl-zinət əşyaları və qol saatı oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakini Sergey Pimenov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Kriminal

Ər və arvad bir-birini bıçaqladı….Astarada

Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub. XəbərAl.az-ın  “Report”a istinadən məlumatına görə, hadisə 1981-ci il təvəllüdlü Astara rayonu Şahağacı kənd sakini Yeganə İltifat qızı Hüseynova və onunla qeyri-rəsmi nikahda olan, 1986-cı il təvəllüdlü Təngərüd kənd sakini Hüseynov Kamin Kazım oğlunun “Qum” küçəsində kirayədə qaldıqları evdə baş verib. Aralarında yaranan şəxsi münaqişə zamanı Y.Hüseynova meyvə qabındakı […]

Hadisə Kriminal

Türkiyədə öldürülən Qənirənin meyiti Gəncəyə gətirildi

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda qətlə yetirilən Azərbaycanlı qızın cənazəsi yaxınlarına təhvil verilib.  XəbərAl.az unikal.org-a istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarovanın meyti artıq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsində ekspertiza olunub. Qətlə yetirilən qızın meyti dünən gecə yaxınlarına təhvil verilib. Qənirə Cabbarova dəfn olunmaq üçün təyyarə ilə cənazəsi doğulub, boya-başa çatdığı Azərbaycanın Gəncə […]

Kriminal

Azərbaycanda saxlanılan FETÖ-çü müəllim həbs edildi

Azərbaycanda saxlanılan və Türkiyə Milli Kəşfiyyat Təşkilatına təhvil verilən FETÖ-çü müəllim Mehmet Gelenin bu gün məhkəməsi keçirilib. XəbərAl.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Gelen məhkəmənin qərarı ilə həbs edilib. Xatırladaq ki, Türkiyədə çevriliş cəhdindən sonra Azərbaycanda fəaliyyəti dayandırılan məktəblərin birində dərs keçən Gelen dekabrın 29-da saxlanılaraq Türkiyəyə təhvil verilib.

Kriminal

Bir gündə 3 evdən oğurluq edən saxlanıldı

Balaxanı qəsəbəsində bir gündə 3 evdən oğurluq edən şəxs saxlanılıb. XəbərAl.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, Sabunçu rayon sakini Vilayət Hüseynov dekabrın 26-da rayon polis idarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin Balaxanı qəsəbəsində yerləşən mənzilinin pəncərəsini sındıraraq içəri daxil olduğunu və 1 ədəd “Samsung” markalı televizor, həmçinin 300 manatı pulunu oğurladığını bildirib. Eyni tarixdə […]